Xəbər axtarın

Son axtarış nəticələri:

Əraqçi İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞÜB

06.10.2026 11:53

Əraqçi İranın Azərbaycandakı səfiri ilə GÖRÜŞÜB

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Primeinfo.az-ın xəbərinə görə, görüşdə Tehran-Bakı münasibətlərinin son durumu və qarşıdakı perspektivləri müzakirə edilib.

Söhbət əsnasında ikitərəfli münasibətlərlə bağlı son hadisələr və proseslər nəzərdən keçirilib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar, eləcə də iki ölkə arasında davamlı qarşılıqlı əlaqələrin və məsləhətləşmələrin gücləndirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Paylaş: