Xəbər axtarın

Son axtarış nəticələri:

“Qızıl Alma” kitabı Ankaradan müəllifinə təqdim olunub

06.10.2026 16:49

“Qızıl Alma” kitabı Ankaradan müəllifinə təqdim olunub

Türk Dünyası Uluslararası Araşdırmalar Akademiyasının xüsusi qərarı ilə nəşr olunan “Qızıl Alma” kitabı Ankaradan müəllifinə çatdırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə kitabın müəllifi, Azərbaycan şairi Rüstəm Behrudi sosial media hesabında paylaşım edib.

Bildirilib ki, əsər Akademiyanın 08 saylı xüsusi qərarı əsasında bütün türk xalqlarının dillərində nəşr olunaraq təbliğ ediləcək.

Müəllif kitabın ərsəyə gəlməsində və nəşrində dəstək göstərən, ona dəyər verən hər kəsə təşəkkürünü bildirib.

Paylaş: