Xəbər axtarın

Son axtarış nəticələri:

Azad edilən ərazilərdə 285 mina, 838 PHS aşkarlanıb

05.10.2026 15:00

Azad edilən ərazilərdə 285 mina, 838 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (28.09.2026-04.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Primeinfo.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina, 838 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1144,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş: