Xəbər axtarın

Son axtarış nəticələri:

"Şahzadə Mustafa" Azərbaycana gəlir - “Aşk tesadüfləri sever 3”ün qala gecəsinə - VİDEO

24.11.2026 16:29

"Şahzadə Mustafa" Azərbaycana gəlir - “Aşk tesadüfləri sever 3”ün qala gecəsinə - VİDEO

Türkiyənin tanınmış aktyoru Mehmet Günsür ilk dəfə Azərbaycana gələcək. O, tamaşaçılara daha çox “Muhteşem Yüzyıl” serialında Sultan Süleyman və Hürrəm Sultanın oğlu Şahzadə Mustafa obrazı ilə tanışdır.

Primeinfo.az xəbər verir ki, Mehmet Günsür noyabrın 27-də saat 19:00-da “CineMastercard”ın Deniz Mall Ticarət Mərkəzində yerləşən kinoteatrında romantik “Aşk tesadüfleri sever 3” filminin qala gecəsində iştirak edəcək.

Gecənin xüsusi məqamı filmin baş rol ifaçılarının və yaradıcı heyətinin Bakı tamaşaçıları ilə görüşü olacaq. Onlar filmi şəxsən təqdim edəcəklər.

Mehmet Günsürlə birlikdə filmin quruluşçu rejissoru Ömər Faruk Sorak, rejissor İpək Sorak, eləcə də “Muhteşem Yüzyıl” serialında Şahzadə Mustafanın yaxın silahdaşı Taşlıcalı Yahya bəy obrazını canlandıran aktyor Serkan Altunorak da Bakıya gələcək.

“Aşk tesadüfleri sever 3” filmi artıq eksklüziv olaraq “CineMastercard” kinoteatrlarında nümayiş olunur. Qala-gecəsi tamaşaçılara filmi böyük ekranda izləmək, sevimli aktyorlarla şəxsən görüşmək, ekran əsərinin ərsəyə gəlməsi haqqında daha ətraflı məlumat əldə etmək və bu özəl gecənin atmosferini yaradıcı heyətlə birlikdə yaşamaq imkanı yaradacaq.

Kinoteatrdan verilən məlumata görə, qala gecənin biletləri artıq satışa çıxarılıb.

Paylaş: