Xəbər axtarın

Son axtarış nəticələri:

Reza Deqati: "Şəxsi arxivimi Azərbaycan Milli Arxiv İdarəsinə bağışlamaq istəyirəm"

24.11.2026 13:08

Reza Deqati: "Şəxsi arxivimi Azərbaycan Milli Arxiv İdarəsinə bağışlamaq istəyirəm"

Dünyaşöhrətli fotojurnalist Reza Deqati şəxsi arxivini Azərbaycan Milli Arxiv İdarəsinə bağışlamaq istəyir.

Primeinfo.az xəbər verir ki, o, bu barədə TNS TV-yə müsahibəsində danışıb.

Reza Deqatinin 2 milyon 500 min fotoşəkildən ibarət şəxsi arxivi yalnız fotoqrafiya irsi deyil, müxtəlif xalqların, münaqişələrin və tarixi hadisələrin vizual salnaməsidir. Bu nəhəng arxivdə Azərbaycan tarixinin, xüsusilə Qarabağ həqiqətlərinin əks olunduğu fotoların qorunması məsələsi xüsusi əhəmiyyət daşıyır.

“İstəməzdim ki, bu şəkillər Fransada, Parisdə qalsın. Çünki məndən sonra arxivim Fransa hökumətinə təhvil veriləcək. Amma bilmirəm, kimin əlinə düşəcək, ona kim baxacaq?”, – deyə o bildirib.

Daha ətraflı videomaterialda:

Paylaş: