Xəbər axtarın

Son axtarış nəticələri:

İsveçrədə yaşayan azərbaycanlıdan cəsarətli addım: Şübhəli şəxsləri yaxalamaqda polisə kömək etdi - FOTO

23.11.2026 15:32

İsveçrədə yaşayan azərbaycanlıdan cəsarətli addım: Şübhəli şəxsləri yaxalamaqda polisə kömək etdi - FOTO

İsveçrədə yaşayan Azərbaycan vətəndaşı Samir Abbasov polis əməkdaşlarına göstərdiyi köməyə və cəsarətli davranışına görə Bazel-Ştadt kantonunun Polis Komandanlığından təşəkkür məktubu alıb.

Primeinfo.az xəbər verir ki, hadisə bu ilin oktyabrın 4-də Bazel şəhərində baş verib.

Həmin vaxt polis əməkdaşları şübhəli şəxslərdən birini saxlayarkən Samir Abbasov tərəddüd etmədən hadisəyə müdaxilə edib. O, digər şübhəli şəxsi də nəzarətdə saxlayıb və polisə kömək edib.

Onun bu addımı sayəsində polis əməkdaşları saxlanılan şəxsi digər şübhəlinin müdaxiləsi olmadan təhlükəsiz şəkildə nəzarətə götürə biliblər. Bu, hadisə iştirakçılarının xəsarət alma riskini əhəmiyyətli dərəcədə azaldıb və vəziyyətin qısa müddətdə nəzarət altına alınmasına şərait yaradıb.

Bazel-Ştadt kantonunun Polis Komandiri Tomas Vürqlerin imzası ilə göndərilən məktubda Samir Abbasovun davranışı yüksək qiymətləndirilib. Qeyd olunub ki, belə mürəkkəb və gərgin şəraitdə qətiyyətlə hərəkət etmək böyük cəsarət və vətəndaş məsuliyyəti tələb edir.

Polis Komandiri azərbaycanlı vətəndaşa nümunəvi dəstəyinə görə təşəkkür edib, onun bu davranışının hörmətə və yüksək təqdirə layiq olduğunu vurğulayıb.

İsveçrədə yaşayan azərbaycanlıdan cəsarətli addım: Şübhəli şəxsləri yaxalamaqda polisə kömək etdi - FOTO

Paylaş: