Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İran İslam Respublikası

İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib

İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib

İranda “Ceyş əl-Ədl” terror qruplaşmasının üzvü edam edilib. Primeinfo.az-ın məlumatına görə, İranın məhkəmə hakimiyyəti “Ceyş əl-Ədl” terror qruplaşmasının əsas üzvlərindən biri Ömər Dorrəstaranın edam edildiyini açıqlayıb. Qruplaşma İranda “Ceyş əl-Zülm” adı ilə də tanınır.

Rusiya İrana raket tədarükünə BAŞLADI

Rusiya İrana raket tədarükünə BAŞLADI

Rusiya ilə İran arasında hərbi əməkdaşlığı yeni mərhələyə keçib. Primeinfo.az xəbər verir ki, “Bloomberg” agentliyinə danışan Qərb mənbəsi Moskvanın Tehrana raket tədarükünə başladığını bildirib. Bundan əvvəl Rusiyanın İrana hava zərbələri üçün kəşfiyyat məlumatları verdiyi bildirilirdi.

İranda yanvar etirazları ilə bağlı iki nəfər EDAM EDİLİB

İranda yanvar etirazları ilə bağlı iki nəfər EDAM EDİLİB

İranda yanvar ayında keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilən iki nəfər edam edilib. Primeinfo.az xəbər verir ki, bu barədə İranın “Mizan” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, İsfahan şəhərində etirazlar zamanı dörd polis əməkdaşının ölümü ilə əlaqədar Əlirza Sepahi və Əlirza Rəisi barəsində ölüm hökmü çıxarılıb və hökm icra olunub.

İranın neft naziri istefa verib

İranın neft naziri istefa verib

İranın neft naziri Möhsün Paknejad istefa verib. Primeinfo.az xəbər verir ki,bu barədə İran prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Məhəmməd Mehdi Təbətəbai məlumat verib. Məlumata görə onun istefasını qəbul edən prezident Məsud Pezeşkian İranın neft şirkətinin rəhbəri Həmid Bordu neft naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.

"Fairford" bazası yaxınlığında ŞÜBHƏLİ ƏMƏLİYYAT: Avtomobillərdən benzin tapıldı, İran izi araşdırılır

"Fairford" bazası yaxınlığında ŞÜBHƏLİ ƏMƏLİYYAT: Avtomobillərdən benzin tapıldı, İran izi araşdırılır

Böyük Britaniyadakı “Ferford” (RAF Fairford) aviabazası yaxınlığında saxlanılan beş nəfərin əməliyyatın əsl məqsədindən xəbərsiz ola biləcəyi və ya sadəcə muzdlu icraçı kimi istifadə edildikləri ehtimal olunur. Primeinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri təhqiqata yaxın mənbələrə istinadən məlumat yayıb. İstintaq materiallarına görə, saxlanılan şəxslərdən biri həbs olunmazdan az əvvəl özü təcili xidmət nömrəsinə zəng edərək məlumat verib.

İranda hicabsız konsert verən müğənni ağır cəzalandırıldı

İranda hicabsız konsert verən müğənni ağır cəzalandırıldı

İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Primeinfo.az xəbər verir ki, Qum Vilayət Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb. Qərara əsasən, Ahmadiyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkəni tərk etmək də qadağan edilib.

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb. Primeinfo.az xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib. Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb.

Şəhidlərimiz İranda da yad edildi

Şəhidlərimiz İranda da yad edildi

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı sərgi və anım mərasimi təşkil olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.