“ABŞ-ın İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etmək təhdidləri amerikalı siyasətçilərin İran xalqına qarşı 73 illik düşmənçilik və qərəz siyasətinin davamının daha bir göstəricisidir”. Primeinfo.az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyaları ilə bağlı bəyanatında deyilir. Nazirlik bu təhdidlərin ABŞ hakimiyyətinin insanlıq əleyhinə, qanunazidd və hegemon mahiyyətini bir daha ortaya qoyduğunu bildirib.
Mövcud istehlak və istehsal imkanları nəzərə alınmaqla İranın gündəlik ən azı 15 milyon litr benzin idxalına ehtiyacı var. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran Enerjinin Səmərələşdirilməsi və Strateji İdarəetmə Təşkilatı rəhbərinin müavini Yaser Mirzayi jurnalistlərə açıqlamasında bildirib. Yaser Mirzayi ölkədə benzin istehlakının səviyyəsi ilə bağlı narahatlığını ifadə edib: “Biz hazırda və bu mərhələdə təcili həll tələb edən böhranlı vəziyyətlə üzləşmişik”.
Təbrizdə Azərbaycan türkcəsində səhnələşdirilən “Koroğlu” tamaşası adi mədəniyyət hadisəsi olmaqdan çıxaraq ciddi siyasi və ideoloji qarşıdurmaya çevrilib. İranın dini dairələri, Bəsicə bağlı qurumlar və mühafizəkar media tamaşanın yaradıcı heyətinə qarşı hərəkətə keçib.
Misir gərginliyin azaldılması səylərinin bir hissəsi olaraq İranla əlaqə saxlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Bədr Əbdüləti “Al Arabiya” telekanalına bildirib. O, əlaqələrin siyasi və diplomatik həll yollarını gücləndirməyə yönəldiyini qeyd edib.
NATO hər bir təhdidə cavab verməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bunu anonim NATO rəsmisi CNN-ə açıqlamasında “Financial Times”-ın İranın ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbə endirməyə hazırlaşdığına dair yazısına münasibət bildirərkən deyib. NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.
Fransa Tehranda iki fransalı diplomatik nümayəndəlik əməkdaşının İran tərəfindən saxlanılmasına cavab olaraq iki iranlı diplomatı yaxın günlərdə ölkədən çıxarmaq niyyətindədir. Primeinfo.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “Telegram” kanalında məlumat verib. “Mən bildirdim ki, bu qəbuledilməz hərəkətlərin nəticələri olacaq.
“Tehranda ABŞ səfirliyinin olmaması səbəbindən digər Qərb ölkələrinin kəşfiyyat orqanlarının əməkdaşları İranda məlumatların toplanması və Vaşinqtonun planlarının həyata keçirilməsi məsuliyyətini öz üzərinə götürüblər”. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Ələddin Borucərdi deyib. Deputatın iddiasına görə, Fransa bu istiqamətdə ən fəal ölkələrdən biridir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai regionda neftlə çirklənmənin dəniz ekosisteminə vurduğu zərərin trilyonlarla dollarla ölçüləcəyini bildirib. Primeinfo.az xəbər verir ki, İ.Bəqai bu barədə “X” sosial şəbəkəsində yazıb. İran XİN nümayəndəsi paylaşımına Kiş adası sahillərində çirklənməni əks etdirən videomaterial əlavə edib və hadisəyə xarici gəminin səbəb olduğunu bildirib.
İran çempionatında yeni mövsümə start verilib.