İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Primeinfo.az xəbər verir ki, Qum Vilayət Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb. Qərara əsasən, Ahmadiyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkəni tərk etmək də qadağan edilib.
İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb. Primeinfo.az xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib. Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində “Vətənə bağışlanan ömür. Tarix yazan şəhidlər” adlı sərgi və anım mərasimi təşkil olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
İranın Ali Rəhbəri Seyyid Müctəba Xamneyi 2 dəfə ölümdən dönüb. Primeinfo.az xəbər verir ki, bunu Xuzistan əyalətinin Ekspertlər Şurasının nümayəndəsi Mohsen Heydəri “Əl-Arabi TV”-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, fevralın 28-də başlayan ABŞ-İsrail təcavüzü zamanı Müctəba Xamneyi atası ilə birlikdə Rəhbərlik dəftərxanasənda olub: “O, Ramazan ayında baş verən hücumda yaralanıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hazırda çətin vəziyyətdə olduğunu bildirib. Primeinfo.az xəbər verir ki,Fidan bu barədə Nyu-Yorkda Türkiyə mediasının suallarını cavablandırarkən danışıb. Türkiyənin XİN başçısı ABŞ-də iranlı həmkarı Abbas Əraqçi və amerikalı rəsmilərlə görüşlərində İranın təklif etdiyi paketlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.
Azərbaycan məktəblərində hicab qadağası məsələsi yenidən gündəmə gəlib. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı qızğın müzakirələr gedir.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq platformalarda mövqeyini müdafiə edəcəyini bildirib. Primeinfo.az xəbər verir ki, bunu İran Prezidenti BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl deyib. Pezeşkian bildirib ki, BMT Baş Assambleyasının toplantılarında xalqına qarşı törədilmiş cinayətlər barədə danışacaq və ölkəsinin mövqeyini diqqətə çatdıracaq.
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək. Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran Prezidentinin ofisindən bildirilib. Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.
İran ordusu Hörmüz boğazı üzərində kəşfiyyat məqsədilə istifadə olunan “Orbiter” tipli pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Primeinfo.az xəbər verir ki,bu barədə İran ordusuna istinadən Livanın “Lebanon Debate” nəşri məlumat yayıb. İran tərəfinin bildirdiyinə görə, pilotsuz uçuş aparatı axşam saatlarında aşkarlanıb və hava hücumundan müdafiə sistemləri tərəfindən izlənilərək vurulub.
Almaniyanın Tehrandakı səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, İran tərəfi Almaniyanın yüksəkvəzifəli rəsmilərinin son açıqlamaları və bu ölkənin Tehrandakı səfirliyinin fəaliyyəti ilə bağlı səfirə rəsmi etirazını çatdırıb. Görüş zamanı Almaniyanın regiondakı siyasəti, o cümlədən İsrailə verdiyi dəstək İran tərəfinin etirazına səbəb olan məsələlər sırasında göstərilib.