Xəbər axtarın

Son axtarış nəticələri:

Məsud Pezeşkian: "İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək"

22.09.2026 13:12

Məsud Pezeşkian: "İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək"

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin beynəlxalq platformalarda mövqeyini müdafiə edəcəyini bildirib.

Primeinfo.az xəbər verir ki, bunu İran Prezidenti BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka yola düşməzdən əvvəl deyib.

Pezeşkian bildirib ki, BMT Baş Assambleyasının toplantılarında xalqına qarşı törədilmiş cinayətlər barədə danışacaq və ölkəsinin mövqeyini diqqətə çatdıracaq.

Vurğulanıb ki, İran dəfələrlə danışıqlar masasına əyləşib və müxtəlif razılaşmalar imzalayıb. Pezeşkian qarşı tərəfin götürdüyü öhdəliklərə əməl etmədiyini və razılaşmaların müddəalarını pozduğunu bildirib.

Pezeşkian əlavə edib ki, qarşı tərəf İrana hərbi yollarla təsir göstərə bilmədiyi üçün hava və quru yollarının bağlanmasına əl atır.

Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. Onun sentyabrın 23-də Baş Assambleyanın yüksəksəviyyəli iclasında çıxış etməsi gözlənilir.

Paylaş: