Xəbər axtarın

Son axtarış nəticələri:

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

21.09.2026 14:20

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfər edəcək.

Primeinfo.az-ın xəbərinə görə, bu barədə İran Prezidentinin ofisindən bildirilib.

Məlumatda qeyd edilib ki, Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək məqsədilə sabah Nyu-Yorka yola düşəcək.

Məlumata görə, ABŞ hökuməti İran Prezidentinin media heyətinə viza verməyib.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi dünən axşam Nyu-Yorka yola düşüb.

Paylaş: