
Romada bayram olub. Bu haqda dünyaca ünlü pianoçu Abuzər Manafzadə sosial media hesabında paylaşım edib.
Primeinfo.az həmin paylaşımı təqdim edir:
Səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Romada təntənəli tədbir keçirilib.
Tədbirdə konsert proqramı ilə çıxış edən azərbaycanlı musiqiçi öz bəstələri ilə yanaşı, Azərbaycan klassik bəstəkarlarının əsərlərini də ifa edib.
Konsert çərçivəsində İtaliyada təhsil alan gənc musiqiçilər Atilla Qərib və Sona İskəndərli də çıxış ediblər. Musiqiçi həmçinin onların ifalarını fortepianoda müşayiət edib.
Tədbirdən məmnunluğunu ifadə edən sənətçi Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynliyə, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Gülnar Tağızadəyə və tədbirin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkürünü bildirib.
O, Azərbaycanın mədəniyyətini beynəlxalq səviyyədə təmsil etməyin və ölkə bayrağını dünyanın müxtəlif səhnələrində dalğalandırmağın böyük şərəf olduğunu vurğulayıb.
Sənətçi paylaşımında Zəfərin baş memarı, Prezident İlham Əliyevə təşəkkür edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət, qazilərə isə şəfa diləyib.
