Xəbər axtarın

Son axtarış nəticələri:

Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirib

07.11.2026 22:45

Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirib

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və milli neft şirkəti olan “Saudi Aramco”nun obyektlərinə zərbələr endirdiklərini iddia ediblər.

Primeinfo.az xəbər verir ki,bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.

Onun sözlərinə görə,əməliyyatlar zamanı çoxsaylı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub.

Husilər daha sonra şirkətin Xurays yatağı ərazisindəki obyektlərinə və Səudiyyə Ərəbistanının mərkəzində yerləşən əd-Dəvadimi şəhərindəki nasos stansiyasına da hücum etdiklərini bildiriblər.

Paylaş: