Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi və uşaqlar 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkında maraqlı kompozisiyalar hazırlayıblar. Bu barədə Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumata görə, vətənə məhəbbət, milli birlik və qəhrəmanlıq ruhunu əks etdirən kompozisiyalar uşaqların ifasında təqdim olunub.
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. Primeinfo.az xəbər verir ki,Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlət başçısı deyib: “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Xankəndi şəhərində 8 Noyabr– Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Zəfər Gününün Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Xankəndi şəhərində 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır.
Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub. Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb.
Xankəndidə Şəhər Günü münasibətilə türkdilli ölkələrin qadın rəssamlarının iştirakı ilə incəsənət simpoziumu və sərgi keçirilib. Primeinfo.az xəbər verir ki,Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşəbbüsü ilə təşkil olunan “Türk Dünyası Qadın Rəssamları Sərgisi” türk dünyasının müxtəlif ölkələrindən olan istedadlı qadın rəssamları bir araya gətirib. Xankəndi, şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Bu gün Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Xankəndi şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” mövzusunda V Görüşü keçirilib. Primeinfo.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd rəqəmsal transformasiya və süni intellektin insan resurslarının inkişafına təsiri, insan resurslarının idarə edilməsində yeni yanaşmalar, müasir çağırışlara uyğun kadr potensialının formalaşdırılması, eləcə də TDT-yə üzv dövlətlər arasında bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinin müzakirəsi olub. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında bugünkü müzakirələrin müasir çağırışlara cavab verən innovativ və ədalətli idarəçilik naminə yeni imkanlar açacağına, TDT-yə üzv ölkələr arasında uzunmüddətli tərəfdaşlığın institusional əsaslarını daha da möhkəmləndirəcəyinə inamını ifadə edib.
Sentyabrın 15-də Xankəndi şəhərindəki, Xocalı və Ağdərə rayonlarındakı ümumi təhsil məktəblərində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbirlər keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən xəbərə görə, tədbirlərdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısından danışılıb, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb. Bu gün Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 110, Kərkicahan qəsəbə 1 nömrəli məktəbdə 14, Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə 11, Ballıca kənd tam orta məktəbdə 11, Ağdərə rayonunun Suqovuşan kənd tam orta məktəbdə 14, Vəngli kənd tam orta məktəbdə 4, Həsənriz kənd tam orta məktəbdə 15 şagird birinci sinfə qədəm qoyub.