Böyük QAYIDIŞ: Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları yola salındı - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Primeinfo.az xəbər verir ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib.
“Xankəndidə Zəfər Tağı olan ərazidə yöndəmsiz tikililər yerləşirdi. Qısa zamanda biz o qəzalı tikililərin müvafiq olaraq sökülməsini təmin etdik, Zəfər Tağı kimi möhtəşəm abidənin layihələndirilməsini və tikintisini həyata keçirdik”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
“Xankəndidə dəmiryol vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.
Xankəndi Qarabağın əsas şəhərlərindən biri olacaq.
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 2-ci mərhələ start götürüb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə velosipedçilər “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət edəcəklər. 2-ci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirir.
Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə növbəti WUF13 Festivalı Xankəndi şəhərində keçirilib.
Mayın 1-də Xankəndi şəhərində “Karabakh Training Center”in təşkilatçılığı ilə İntellektual gənclər festivalı keçirilib. Primeinfo.az xəbər verir ki, festivalda ölkənin 33 bölgəsindən gələn gənclər, Qarabağ Universitetinin, eləcə də respublikanın digər dövlət, özəl ali təhsil müəssisələrinin tələbə-müəllim heyəti, Xankəndi və Şuşa şəhərlərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri və məzunları qatılıb. Festivalın akademik tərəfdaşı qismində isə Azərbaycan Texniki Universiteti çıxış edib.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.