Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xankəndi

Xankəndi, Ağdərə və Xocalıda yaşayan əhalinin sayı açıqlanıb

Xankəndi, Ağdərə və Xocalıda yaşayan əhalinin sayı açıqlanıb

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı davam edir. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb”.

İş axtarmaq adı ilə Xankəndiyə getdi, HƏBS EDİLDİ

İş axtarmaq adı ilə Xankəndiyə getdi, HƏBS EDİLDİ

Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib. Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Laçın rayon sakini, 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib. Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da, onlara uyğun iş olmayıb.

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar

Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bu gün Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd olunub ki, Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub - FOTO

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı olub - FOTO

Sentyabrın 27-də Xankəndi şəhərində, Qarabağ Universitetində 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər zəngi” adlı sənədli filmin təqdimatı olub. Primeinfo.az Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqlər şöbəsinə istinadən xəbər verir ki, təqdimat şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edərək, Xankəndidə qəhrəmanlarımızın şücaətini göstərən filmin nümayişinin böyük bir qürur hissi yaşatdığından danışıb: “44 gün – 30 illik həsrətin sonu, Zəfərin başlanğıcı oldu.

Xankəndidə Şəhər Günü qeyd olunur

Xankəndidə Şəhər Günü qeyd olunur

Xankəndidə Şəhər Günü keçirilir. Primeinfo.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur. Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb.

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlərin sayı AÇIQLANDI

Xankəndi, Xocalı, Ağdərədə qismən yararlı evlərin sayı AÇIQLANDI

Qarabağa köç planına əsasən, 19 yaşayış məntəqəsinə, o cümlədən, Xankəndi, Xocalı, Ağdərəyə əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə qismən yararlı evlər müəyyən edilib. Bu barədə Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, bu sırada Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndi (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) var.