Xəbər axtarın

Son axtarış nəticələri:

Sabah Xankəndi şəhərinə ilk KÖÇ OLACAQ

20.01.2026 14:00

Sabah Xankəndi şəhərinə ilk KÖÇ OLACAQ
Yanvarın 21-də Xankəndi şəhərinə ilk köç olacaq.

Primeinfo.az xəbər verir ki, Xankəndi sakinləri uzun illərdən sonra öz doğma şəhərinə qayıtmağa başlayır.

Qeyd edək ki, bir müddət əvvəl Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə ilk köçlə bağlı püşkatma olub. Püşkatma Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında keçirilib. Püşkatma nəticəsində ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşib.

Xatırladaq ki, ötən il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köç başlayıb.

Paylaş: