Xəbər axtarın

Son axtarış nəticələri:

Xankəndidə Zəfər Günü qeyd edilib

08.11.2026 13:37

Xankəndidə Zəfər Günü qeyd edilib

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi və uşaqlar 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər parkında maraqlı kompozisiyalar hazırlayıblar.

Bu barədə Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, vətənə məhəbbət, milli birlik və qəhrəmanlıq ruhunu əks etdirən kompozisiyalar uşaqların ifasında təqdim olunub. Tədbirin əsas məqsədi körpələrə Vətən sevgisini aşılamaq, Zəfər Gününün tarixi əhəmiyyətini onların yaş səviyyəsinə uyğun şəkildə çatdırmaq olub.

Paylaş: