Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

07.11.2026 22:10

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.

“Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.

Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq”, – məlumatda deyilir.

Paylaş: