
Son zamanlar dünyanın müxtəlif bölgələrində güclü zəlzələlərin olması insanları təşvişə salır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunduğundan, burada da vaxtaşırı maqnitudası 3 və ondan böyük zəlzələlər baş verir.
Primeinfo.az xəbər verir ki, tanınmış astroloqlar bunu hazırda göy üzündə eyni vaxtda bir neçə vacib planetin retroqrad (geri hərəkət) fazada olması ilə əlaqələndirirlər.
Bəs Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
Mövzu ilə bağlı tanınmış jurnalist-astroloq Səbuhi Rəhimli Prime TV-nin “Qırmızı masa” platformasında fikirlərini bölüşüb.

Onun sözlərinə görə, dünyanın heç bir yerində, o cümlədən Azərbaycanda zəlzələnin dəqiq vaxtını, yerini və maqnitudasını qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çünki zəlzələ ocaqları Yerin müxtəlif dərinliklərində yerləşir.
“Dünyada zəlzələni proqnozlaşdıran nə elmi sahə var, nə də öncəgörmə ilə onu demək mümkün deyil. Amma bəzi astroloqlar proqnoz verirlər ki, “gələn il dəhşətli zəlzələ olacaq”. Bu proqnozların heç bir elmi əsası yoxdur”.
Bəs dünya astroloqları bu proqnozları necə hesablayırlar?
Bu və digər sualların cavabı “Qırmızı masa”da: