
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Səfirimiz Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı nəzakət ziyarəti edib.
Görüş zamanı TDT çərçivəsində həyata keçirilən əməkdaşlıq, eləcə də türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi istiqamətində məsələlər müzakirə olunub” , – deyə paylaşımda bildirilir.

Rəşad Aslanov həmçinin Ankara Hacı Bayram Universitetinin Turizm fakültəsinin dekanı Prof. Dr. Muharrem Tunanın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Ankara Hacı Bayram Veli Univesiteti ilə Azərbaycan universitetləri arasındakı mümkün əməkdaşlıq fürsətləri müzakirə edilib.
Büyükelçimiz, Türk Devletleri Teşkilatı (TDT) Aksakallar Heyeti Başkanı Sayın Binali Yıldırım’a (@BY) nezaket ziyaretinde bulundu. Görüşmede, TDT çerçevesinde yürütülen iş birliği ve Türk dünyasının birlik ve dayanışmasının daha da güçlendirilmesine yönelik konular ele alındı. https://t.co/2jLQM4S6s4
— Azerbaycan Büyükelçiliği Türkiye (@AzEmbassyTurkey) November 5, 2026