Gələn il nominal orta aylıq əmək haqqı 8,7% artacaq, 1288,30 manata çatacaq. Primeinfo.az xəbər verir ki, bu, 2027-ci il Büdcə Zərfində əksini tapıb. Büdcə zərfinə əsasən, bu göstərici 2026-cı il üzrə 1185,5 manat, 2027-ci il üzrə isə 1288,30 manat səviyyəsində proqnozlaşdırılıb.
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Primeinfo.az-ın xəbərinə görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən ediləcək: – siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda: – həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.
Azərbaycanda iqtisadiyyatın sahələri üzrə orta aylıq nominal əməkhaqqının məbləği açıqlanıb. Primeinfo.az xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesindədir – 5481 manat. Sonrakı yerdə maliyyə və sığorta fəaliyyəti gəlir – 2814 manat.
İşçi məzuniyyətdə olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılmaqla, ona Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əməkhaqqından az olmamaq şərti ilə orta əməkhaqqı da ödənilir. Primeinfo.az-a bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, sonuncu əməkhaqqı dedikdə, işçi məzuniyyətə çıxdığı vaxt qüvvədə olan əmək müqaviləsində müəyyən edilmiş əməkhaqqı nəzərdə tutulur.
Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.
Yaradılan ixtira, faydalı model və sənaye nümunəsi barəsində işəgötürənlə işçinin münasibətləri müqavilə ilə tənzimlənəcək. Primeinfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, xidməti vəzifəsinin həyata keçirilməsi və ya işəgötürənin yazılı tapşırığı ilə əlaqədar işçinin (o cümlədən müəllim, elmi işçi, doktorant, magistr, tələbə və s.) apardığı fundamental və tətbiqi tədqiqatlar, təcrübi işləmələr və innovativ layihələr nəticəsində yaratdığı ixtira, faydalı model və sənaye nümunəsi üçün patent almaq hüququ, işəgötürənlə onun arasında bağlanılmış müqavilədə başqa şərtlər nəzərdə tutulmamışdırsa, işəgötürənə mənsubdur.
Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib. Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.
“Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.
İşçi qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra 6 aylıq əmək haqqı aldığı dövr var, lakin bu dövrlər 12 aya bölündükdə təbii olaraq məzuniyyət dövrü üçün orta əmək haqqının aşağı düşməsinə səbəb olur. Primeinfo.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, təklif edilən yeni dəyişikliklərə əsasən, işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət dövrü, boşdayanma müddəti, eləcə də qismən ödənişsiz sosial məzuniyyət dövrləri artıq nəzərə alınmayacaq: “Bunlar əmək haqqı alınan yaxın və tam təqvim ayları ilə əvəz olunacaq.
Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib. Primeinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.