Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də tarixi hadisə: Senata ilk dəfə müsəlman seçilir

04.11.2026 12:56

ABŞ-də tarixi hadisə: Senata ilk dəfə müsəlman seçilir

Demokratlar Partiyasının nümayəndəsi Əbdül Əl-Sayed Miçiqan ştatında keçirilən seçkilərdə qələbə qazandığını elan edib.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, nəticələr rəsmi təsdiqini taparsa, o, ABŞ Senatının tarixində ilk müsəlman senator olacaq.

Bülletenlərin 79%-i hesablandıqdan sonra Əl-Sayed rəqibi, respublikaçı Mayk Rocersi 5 faiz bəndi qabaqlayır.

Lakin yekun rəsmi nəticələr hələ elan olunmayıb.

Əbdül Əl-Sayedin namizədliyi Demokratlar Partiyası daxilində böyük qarşıdurmaya səbəb olub.

Solçu baxışları və İsraili kəskin tənqid etməsi partiyada narazılıq doğurub.

Hətta səsvermədən öncə praymerizdə Əl-Sayedə məğlub olan konqresmen Heyli Stivens gözlənilmədən respublikaçı rəqib Mayk Rocersi dəstəklədiyini bəyan edib.

Partiya daxilindəki böyük skandala və xəyanətə baxmayaraq, Əl-Sayed Senat uğrunda yarışda öndə getməyi bacarıb.

Musavat.com

Paylaş: