
“Qarabağda yazılan bu şanlı dastan türk millətinin azadlıq iradəsinin və əyilməz gücünün tarixə həkk olunmuş möhürüdür”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanının müavini, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal deyib.
O, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi, hərbi attaşelik aparatı, Azərbaycan Mədəniyyət Mərkəzi və SOCAR-ın təşkilatçılığı ilə keçirilən təntənəli tədbirdə iştirak edib.
“Türk dünyasının sarsılmaz qalası olan Can Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Ankaradakı “Qazi” Ordu Evində cənab səfir Rəşad Aslanovun nəzakətli ev sahibliyi ilə təşkil olunan anım proqramına qatıldıq.
Şuşada dalğalanan Azərbaycan bayrağı ilə təcəssüm edən bu möhtəşəm zəfərin ildönümündə Vətən torpağı uğrunda canlarından keçən əziz şəhidlərimizi rəhmətlə yad edir, göstərdikləri qonaqpərvərliyə görə cənab səfirə və Azərbaycanın Türkiyədəki səfirliyinə minnətdarlığımı bildirirəm”, – deyə İlyas Topsakal vurğulayıb.
Посмотреть эту публикацию в Instagram







