Xəbər axtarın

Son axtarış nəticələri:

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

03.11.2026 22:00

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən qurulması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu səbəbdən 195 və 195E nömrəli marşrut avtobuslarının hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil olunacaq.

Paylaş: