
“Nədənsə hadisələr bir anda manipulyasiya edildi və maraqlı proses baş verdi. Türkiyə ilə Azərbaycanı üz-üzə gətirərək, kimlərsə geri çəkildi. Sonradan isə İran XİN nümayəndəsi bildirdi ki, “Biz Azərbaycanın daxili işlərinə qarışmırıq”. Yəni özlərini yenidən Azərbaycana yeni simada satmaq məqsədi var idi. Halbuki Azərbaycan cəmiyyəti görür ki, hadisələri bu vəziyyətə kim gətirib”.
Primeinfo.az xəbər verir ki, bu sözləri millət vəkili Hikmət Babaoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O, maraqlı bir faktdan söz açıb:
“İranın DİN rəhbəri Azərbaycana gəldiyi gün də ölkəyə külli miqdarda narkotik keçirmək cəhdləri olursa, biz necə deyək ki, İran bizə xeyirxah münasibət göstərir?!”
Davamı “Qırmızı masa”da: