Xəbər axtarın

Son axtarış nəticələri:

Təhdidlərə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə YÖNLƏNDİRİLİB

02.11.2026 22:03

Təhdidlərə görə London–Sofiya reysi ilə uçan təyyarə Budapeştə YÖNLƏNDİRİLİB

London–Sofiya marşrutu üzrə uçan “Wizz Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba təhdidi səbəbindən Macarıstanın paytaxtı Budapeştə yönləndirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Macarıstanın müdafiə naziri Romulus Rusin-Sendi “Facebook” hesabında məlumat verib.

Nazirin sözlərinə görə, təyyarəni müşayiət etmək məqsədilə Macarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Gripen” qırıcı təyyarəsi havaya qaldırılıb. Sərnişin təyyarəsi daha sonra Budapeşt hava limanına eniş edib.

“Wizz Air” aviaşirkətindən 24.hu xəbər portalına bildiriblər ki, hazırda təyyarədə və sərnişinlər arasında təhlükəsizlik məqsədilə yoxlama aparılır.

Paylaş: