Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Qara dənizdən taxıl ixracının bərpa olunmasına çalışır

01.11.2026 10:15

Türkiyə Qara dənizdən taxıl ixracının bərpa olunmasına çalışır

Türkiyə Rusiya və Ukrayna taxılının Qara dəniz vasitəsilə qlobal bazarlara ixracını bərpa etmək üçün intensiv işləyir.

Primeinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan ABŞ-da keçirilən G20 Xarici işlər nazirlərinin görüşündən sonra Türkiyə mediasına verdiyi açıqlamada deyib: “Hazırda Qara dəniz vasitəsilə ticarət mümkün deyil. Rusiya taxılı, Rusiya enerji ehtiyatları, Ukrayna taxılı və Ukrayna enerji ehtiyatları qlobal bazarlara çıxa bilmir. Bu, xüsusilə qida təhlükəsizliyi baxımından son dərəcə ciddi bir problemdir. Bu məsələ ilə bağlı çox intensiv təmas qrafikimiz var. Xüsusilə taxılın Qara dəniz vasitəsilə ixrac edilməsini və beynəlxalq bazarlara çıxmasını təmin etmək üçün çox çalışırıq”.

Paylaş: