
Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçüləri Rusiyanın arxa cəbhəsində uğurlu pusqu əməliyyatı həyata keçiriblər.
Primeinfo.az xəbər verir ki, Dəniz Xüsusi Təyinatlı Mərkəzinin döyüşçüləri minalanmış ərazilərdən keçərək Rusiya qüvvələrinin nəzarətində olan hissəyə gizlicə sızıblar.
Kəşfiyyatçılar günlər boyu ərazidə müşahidə apararaq əsas hədəfləri dəqiqləşdiriblər.
Əməliyyat zamanı düşmən avtomobili sıradan çıxarılıb və qiymətli hərbi qənimətlər, dron avadanlıqları, operativ rabitə vasitələri, atıcı silahlar və kritik məxfi sənədlər götürülüb.
Ələ keçirilən materiallar arasında döyüş tapşırıqları, hərəkət marşrutlarının sxemləri və hərbi bölmələrin şəxsi heyətinin tam siyahıları yer alır.