Xəbər axtarın

Son axtarış nəticələri:

Beren Saat və Ekin Koç 11 ildən sonra yenidən eyni layihədə

29.10.2026 19:57

Beren Saat və Ekin Koç 11 ildən sonra yenidən eyni layihədə

Türkiyənin məşhur aktyorları Beren Saat və Ekin Koç 11 il əvvəl birlikdə rol aldıqları “Möhtəşəm Yüzil: Kösem” serialından sonra ilk dəfə bir araya gəlirlər.

Primeinfo.az xəbər verir ki, 2015-ci ildə Kösem Sultan və Sultan Əhməd obrazlarını yaradan aktyorlar “Tüm yorgun atlar” adlı filmdə yenidən tərəf müqabili olacaqlar.

Artıq maraq doğuran filmin rejissoru Berlin Film Festivalında Türkiyəni təmsil edən Burak Çevikdir. Filmin prodüseri isə İpək Erdendir.

“Tüm yorgun atlar” filmi fərqli həyatlara malik iki şəxsin hekayəsindən bəhs edir. Filmdə həyat yoldaşını intihar nəticəsində itirən teatr aktrisası Aslı ilə İstanbulun sahilyanı ərazilərində yaşayan Qalibin yolları kəsişəcək.

Beren Saat və Ekin Koç 11 ildən sonra yenidən eyni layihədə

Paylaş: