Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan Səudiyyə şahzadəsi ilə Azərbaycanla münasibətləri müzakirə edib

28.10.2026 17:00

Paşinyan Səudiyyə şahzadəsi ilə Azərbaycanla münasibətləri müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Hökumət binasında Səudiyyə Ərəbistanı Krallığından Şahzadə Əbdüləziz bin Talal Al Səudun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətini qəbul edib.

Primeinfo.az xəbər verir ki, Paşinyan və Şahzadə Əbdüləziz bin Talal Əl Səud regional əhəmiyyət kəsb edən məsələlərə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının və Cənubi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsinin həlledici əhəmiyyətini vurğulayıblar.

Daha sonra Şahzadə “İnsan İnkişafı üzrə Şahzadə Talal Beynəlxalq Mükafatı” haqqında ətraflı danışıb və mükafatın əsas məqsədlərini açıqlayıb.

Görüş zamanı tərəflər Ermənistan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər. Hər iki tərəf iki ölkə arasında bu yaxınlarda diplomatik əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb və bu mühüm addımın müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və əlaqələrin genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini ifadə etdi. Həmçinin, Ermənistanda investisiya layihələrinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş: