Ermənistan parlamentində müxalif “Ermənistan” blokunun fraksiyası ABŞ ilə TRIPP layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyasının əleyhinə səs verəcək. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 27-də parlamentin iclasında fraksiyanın rəhbəri Anna Qriqoryan bildirib. O, müvafiq sazişin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı fraksiyanın mövqeyini açıqlayıb.
Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan da TRIPP layihəsinin həyata keçirilməsinə başlanıla bilər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bu ehtimalı istisna etməyib. Primeinfo.az xəbər verir ki, nazir layihənin sülh sazişindən əvvəl reallaşdırılmasının mümkünlüyü ilə bağlı suala müsbət cavab verib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində bəzi infrastruktur xətlərinin, o cümlədən qaz və ya neft kəmərlərinin Sünik vilayətindən kənarda çəkilə biləcəyini istisna etməyib.
“İran Ermənistandan ABŞ-nin “Tramp marşrutu”nda hərbi mövcudluğunun olub-olmayacağı ilə maraqlanıb və mənfi cavab alıb”. Primeinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın “Tramp marşrutu”na münasibətini şərh edərkən deyib. “Onların belə bir sual verməsi tamamilə normaldır.
Rusiya “Tramp marşrutu”nda (TRIPP) iştirak etməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bununla belə, Rusiya TRIPP layihəsində iştirakla bağlı hələ dəvət almayıb.
Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur və TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinə imkan verəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin ölkəsinin və bütövlükdə regionun iqtisadi vəziyyətinin dəyişdirilməsində mühüm rol oynayacağını bildirib. Primeinfo.az “News-Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə İrəvanda keçirilən Ermənistan–Böyük Britaniya biznes forumunda çıxışı zamanı deyib. “Ümumilikdə aydındır ki, Ermənistan Respublikası və regionumuz transformasiya mərhələsindədir.
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ölkə parlamentində ABŞ-la TRIPP layihəsi üzrə sazişin ratifikasiyası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı hökuməti təmsil edəcək. Primeinfo.az “NEWS.am”a istinadən xəbər verir ki, müvafiq qərarı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan imzalayıb. Qərara əsasən, Mirzoyan Ermənistan parlamentində ABŞ-la TRIPP regional nəqliyyat layihəsi üzrə sazişin ratifikasiyası haqqında qanun layihəsinə baxılması zamanı hökumətin nümayəndəsi olacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyanın sədrliyi ilə TRIPP layihəsinin həyata keçirilməsinin gedişatına həsr olunmuş müşavirə keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb. Müşavirədə “TRIPP Development Company”nin (TDC) hüquqi və müqavilə sənədləri paketi, eləcə də qarşıdakı addımlar müzakirə olunub.
Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə strateji əməkdaşlıq haqqında saziş Ermənistan konstitusiyasına uyğun hesab edilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Factor” Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, məhkəmənin sazişlə bağlı araşdırması başa çatıb və TRIPP üzrə öhdəliklərin Ermənistan konstitusiyasına zidd olmadığı qənaətinə gəlinib.