Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycana hücumda iştirak edən Yıldırımın ifadəsi alındı

27.10.2026 13:27

Azərbaycana hücumda iştirak edən Yıldırımın ifadəsi alındı

Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilən və ötən gün saxlanılan “Köklü Değişim Medya” nəşrinin İstanbul təmsilçisi Muhammed Emin Yıldırım sərbəst buraxılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” platformasında məlumat verib.

M.E.Yıldırım xarici bir ölkənin dövlət rəsmilərini təhqir etmə ittihamı ilə saxlanıldığını, ifadə verdikdən sonra sərbəst buraxıldığını bildirib:

“Ötən həftə mən Türkiyənin 31 vətəndaşı ilə birlikdə Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edildim və Azərbaycana girişimiz qadağan edildi. Çünki mən Azərbaycanda hicab qadağasını tənqid etmişdim. Bu qadağadan sonra dünən axşam sosial media paylaşımım əsas gətirilərək “xarici ölkəninin dövlət başçısını təhqir etmək” ittihamı ilə saxlanıldım”.

Mövqeyini dəyişməyən Yıldırım “hicab Allahın əmridir. Biz onu qiymətləndirən Azərbaycanlı bacılarımızı heç vaxt tərk etməyəcəyik” – deyə əlavə edib.

 

 

 

 

 

Paylaş: