Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Azərbaycana girişinə qadağa qoyulan Muhammed Emin Yıldırım İstanbulda saxlanıldı

27.10.2026 01:06

TƏCİLİ: Azərbaycana girişinə qadağa qoyulan Muhammed Emin Yıldırım İstanbulda saxlanıldı

“Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Muhammed Emin Yıldırım İstanbul polisi tərəfindən saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə media şirkəti “X” hesabında məlumat yayıb.

Bildirilib ki, Muhammed Emin Yıldırım sosial şəbəkə paylaşımları əsas gətirilərək İstanbul Polis İdarəsi tərəfindən saxlanılıb.

Media şirkəti onun vəkilinin iştirakı ilə prosesin izlənildiyini bildirib.

Qeyd edək ki, Muhammed Emin Yıldırım Xarici İşlər Nazirliyinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyi Türkiyənin 31 vətəndaşından biridir.

Paylaş: