Bakı Abadlıq Xidmətinin təşkilatçılığı ilə Balaxanı qəsəbəsində Balqabaq Yarmarkası keçirilir.
Primeinfo.az xəbər verir ki, 24 oktyabr – 1 noyabr 2026-cı il tarixlərini əhatə edən yarmarka Balaxanı qəsəbəsində yerləşən Şaxta Parkında təşkil olunub.
Yarmarkada ziyarətçilərə müxtəlif balqabaq məhsulları, maraqlı dadlar və payız mövsümünün rəngarəng ab-havası təqdim edilir.
Qeyd edək ki, yarmarkaya giriş ödənişsizdir. Tədbir 1 noyabr tarixinədək davam edəcək.
Yarmarka ilə bağlı ətraflı məlumat və yenilikləri Bakı Abadlıq Xidmətinin rəsmi səhifəsindən əldə etmək mümkündür.
View this post on Instagram
