
“Nikol Paşinyanın sülh sazişinin imzalanacağı tarixlə bağlı mövqeyi dəyişsə də, yenə də dəqiq zaman demir. O, bundan öncə 2027-ci il tarixini dilə gətirmişdi və hamımız buna köklənmişdik. Bu gün isə gah 2031-ci il, gah da 2029-cu il deyir. Düşünürəm ki, Paşinyanın sözlərinə inanmaq olmaz”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Şair Ramaldanov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Maraqlı müzakirənin davamı “Qırmızı masa”da: