Xəbər axtarın

Son axtarış nəticələri:

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər SAXLANILIB

22.10.2026 16:22

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan 5 nəfər SAXLANILIB

Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov, T.Dəmirov və M.Qədirov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla M.Qədirovun paytaxtın digər rayonlarında da analoji əməllər törətdiyi müəyyən olunub.

Nəsimi rayonunda isə 1800 manat dəyərində skuter və həmçinin 2500 manat dəyərində velosiped oğurlayan Q.Abbasov, eləcə də əvvəllər məhkum olunmuş V.Cəfərov saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş: