“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Cavid Ağaməliyev həbs edilib. Primeinfo.az-ın xəbərinə görə, Naxçıvan şəhər Məhkəməsinin qərarı ilə Cavid Ağaməliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.