Xəbər axtarın

Son axtarış nəticələri:

Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə HƏBS EDİLİB

22.10.2026 17:21

Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə HƏBS EDİLİB

Almaniyanın Brandenburq şəhərində bir nəfər Rusiyanın xeyrinə casusluq şübhəsi ilə həbs edilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin Ukrayna vətəndaşı Vadim Y. olduğu, zirehli maşınlar, sursat və partlayıcıların istehsalı ilə əlaqədar informasiya topladığı bildirilir.

Yerli prokurorluq təqsirləndirilən şəxsin əldə etdiyi informasiyanın bir qisminin ictimaiyyətə açıq olduğunu, bir qisminin isə Avropa silah sənayesində çalışan insanlardan əldə edildiyini qeyd edib.

Həmin şəxsin 2025-ci ilin iyulundan bəri Rusiya kəşfiyyatı ilə vasitəçi yolu ilə əlaqə saxladığı vurğulanıb.

Paylaş: