Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər dünənimiz və sabahımızdır” adlı tədbir keçirilib. Tədbirdə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi iştirak edib. Bu barədə Primeinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
WUF13 könüllüləri Bakı Olimpiya Stadionunda simvolik fləşmob keçiriblər. Primeinfo.az xəbər verir ki, fləşmob Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunub. https://youtu.be/bbQThzs2lEA?si=Ac2NdGRkM7QOzamr
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. Primeinfo.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3 751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Tarixən hər bir millət və cəmiyyət güvənə biləcəyi lider axtarışında olub. Elə bir lider ki, ilk növbədə ölkənin daxilində təhlükəsizliyi, dayanıqlı inkişafı və sabitliyi təmin edə bilsin…
Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib.
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında paylaşım edilib. Primeinfo.az həmin paylaşımı təqdim edir: 10 may müasir Azərbaycanın qurucusu, müstəqil Azərbaycanın inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycanın suverenliyinə, müstəqilliyinin dönməzliyinə və…
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mediaturlar təşkil edilib. Primenfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mediaturlar çərçivəsində qonaqlara Hərbi liseylər haqqında geniş məlumat verilib.