Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Heydər Əliyev

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər - FOTO

Dövlət və hökumət rəsmiləri ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər. Primeinfo.az xəbər verir ki, onların arasında Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri olub. Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Paytaxtda 9 avtobus xəttinin sxemi dəyişdirildi

Paytaxtda 9 avtobus xəttinin sxemi dəyişdirildi

Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunan “Duman çəkiləndə” romanının təqdimatı olub – FOTO

Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunan “Duman çəkiləndə” romanının təqdimatı olub – FOTO

Ankarada ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və onun xatirəsinə ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib. Primeinfo.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycan və Türkiyə parlamentinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Heydər Əliyevin portreti Bakı səmasında - VİDEO

Heydər Əliyevin portreti Bakı səmasında - VİDEO

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Primeinfo.az xəbər verir ki, paradda “Qarabağ” ordenli, general-mayor Zaur Rüstəmovun başçılıq etdiyi Mi-17 helikopteri Ümummilli lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmin görüntüləri təqdim edirik:

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - VİDEO

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - VİDEO

Qazaxıstanda Prezident İlham Əliyevin şərəfinə verilən ziyafətdə Ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi “Alagöz” mahnısı səsləndirilib. Primeinfo.az xəbər verir ki, tamaşa zamanı ekranda onun İlham Əliyevlə birgə görüntüləri nümayiş olunub. [video width="848" height="480" mp4="https://cdn.primeinfo.az/2025/10/video5458720059587331224.mp4"][/video]