İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Nazirliyin baş idarə və idarələri, xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi qulluqçuları arasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan minifutbol birinciliyinin bağlanış mərasimi keçirilib. Primenfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Mərkəzi Ordu İdman Klubunun bazasında keçirilən birincilikdə əvvəlcə Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq mayın 4-də Fəxri xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, Baş katib Martin Çunqonq xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə tər çiçəklər düzüb. [gallery ids="69861,69862,69863"]
Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib. Primeinfo.az xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Orduda, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar təşkil olunub, Ulu Öndərin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.
Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev babası, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Primeinfo.az xəbər verir ki, o, Ümummilli Liderin nəvələri ilə birgə 1990-cı ildə lentə alınmış səmimi görüntülərini paylaşıb. A.
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi “Instagram” hesabında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Primeinfo.az paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Arzu Aliyeva (@arzu.aliyeva.official)
“Bugünkü Azərbaycan Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi “Instagram” hesabında ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib. Primeinfo.az həmin paylaşımı təqdim edir: Посмотреть эту публикацию в Instagram Публикация от Official page of Leyla Aliyeva (@leyla999)