Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib - FOTO

23.05.2026 16:45

Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib - FOTO
Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər dünənimiz və sabahımızdır” adlı tədbir keçirilib. 
Tədbirdə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi iştirak edib.

Bu barədə Primeinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər muzeylərin nəsillər arasında körpü və ən yaxşı bələdçi olduğunu, milli yaddaşımızın, qəhrəmanlıqla dolu keçmişimizin, hərb tariximizə dair qiymətli eksponatların mühafizəsində və nümayişində mühüm rol oynadığını bildiriblər.
Sonra tədbir iştirakçılarına Beynəlxalq Muzeylər Gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Sonda vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim edilib.

Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib - FOTO Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib - FOTO

Paylaş: