Xəbər axtarın

Son axtarış nəticələri:

Bahçeli: "Birliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik"

20.10.2026 13:19

Bahçeli: "Birliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik"

“Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi onların beynəlxalq müstəvidə mövqeyini möhkəmləndirəcək”.

Primeinfo.az “Milliyet”e istinadən xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Devlet Bahçeli partiyasının Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında deyib.

O, Türk Dövlətləri Təşkilatının regional və qlobal səviyyədə sülhə, əmin-amanlığa və ədalətə zəmin yaradacaq mühüm aktor olduğunu bildirib.

D.Bahçelinin sözlərinə görə, formalaşacaq “Türk qurşağı” türk dövlətləri və toplumları arasında dialoq və əməkdaşlıq əlaqələrini daha da gücləndirəcək: “Müstəqillik və suverenlik çərçivəsində fürsət və imkanların dəyərləndirilməsi ilə türk dövlətləri dövrün qüdrətli aktorlarına çevriləcək”.

MHP başqanı Türkiyənin Türk dünyası ilə iqtisadi, siyasi, mədəni və elmi əlaqələri möhkəmləndirən xarici siyasət yürütdüyünü vurğulayıb.

Devlet Bahçeli oktyabrın 29–30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünə də toxunub:

“Bu zirvə ilə Türk dünyasının ürəyi Ankarada döyünəcək. Cümhuriyyətimizin 103-cü ildönümünü bütün Türk dünyası olaraq birlikdə qeyd edəcək, birliyimizi və həmrəyliyimizi dosta-düşmənə bir daha bəyan edəcəyik”.

Paylaş: