Xəbər axtarın

Son axtarış nəticələri:

Marko Rubio Özbəkistana səfər edib

18.10.2026 22:45

Marko Rubio Özbəkistana səfər edib

ABŞ dövlət katibi Marko Rubio bazar günü axşam Özbəkistana gedib.

Primeinfo.az bu barədə “Gazeta.uz”a istinadən xəbər verir.

Dövlət katibini Səmərqənd hava limanında Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, xarici işlər naziri Bəxtiyor Saidov və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, bazar ertəsi Səmərqənddə ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası, həmçinin C5+1 xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Paylaş: