Xəbər axtarın

Son axtarış nəticələri:

Parisdə muzeydən Messinin imzalı forması OĞURLANIB

19.10.2026 20:29

Parisdə muzeydən Messinin imzalı forması OĞURLANIB

Lionel Messinin “Barselona”da çıxış etdiyi dövrdə istifadə etdiyi imzalı forma və kapitan sarğısı Fransanın paytaxtı Parisdəki futbol muzeyindən oğurlanıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Noticias Argentinas” agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 17-də üzü bağlı şəxslər muzeyə daxil olaraq argentinalı futbolçuya məxsus əşyaları aparıblar.

“TyC Sports”un məlumatına əsasən, Messi həmin forma və kapitan sarğısından “Barselona”da çıxış etdiyi müddətdə istifadə edib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada yaşayış xərclərinin artmasına və təhsil sistemindəki problemlərə etiraz olaraq kütləvi nümayişlər keçirilib. Bir sıra şəhərlərdə aksiyalar polis ilə qarşıdurmalara və dağıntılara səbəb olub.

Paylaş: