Xəbər axtarın

Son axtarış nəticələri:

Sahibə Qafarova Qırğızıstana GETDİ

18.10.2026 18:45

Sahibə Qafarova Qırğızıstana GETDİ

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.

Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bişkek şəhərinin Manas Beynəlxalq Hava Limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan parlament sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində S. Qafarova bir sıra görüşlər keçirəcək, TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcək.

Paylaş: