Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hərbi təlim

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar - FOTO

“Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin iştirakçıları Bakıda yerləşən Hərbi Qənimətlər Parkında olublar. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qonaqlara açıq hava muzeyi və parkdakı eksponatlar, o cümlədən tanklar, artilleriya qurğuları və döyüş zamanı qənimət götürülmüş digər ağır silahlar haqqında ətraflı məlumat verilib.

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

Azərbaycan və BƏƏ hərbi pilotları birgə təlimdə döyüş tapşırıqlarını dəqiqliklə yerinə yetiriblər - VİDEO

Azərbaycanda keçirilən “Şahinlərin Görüşü – 2026” birgə taktiki-uçuş təliminin növbəti mərhələsi çərçivəsində təlim-məşq uçuşları reallaşdırılıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hərbi qulluqçuları, eləcə də aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

NATO təlimində insident: İtaliya hərbçiləri dost atəşi ilə vuruldu

NATO təlimində insident: İtaliya hərbçiləri dost atəşi ilə vuruldu

NATO-nun Latviyanın Adaji bölgəsində keçirilən döyüş atışlı təlimləri zamanı İtaliya hərbçiləri ilə bağlı insident baş verib. Primeinfo.az xəbər verir ki, təlim zamanı “Dost atəşi” nəticəsində dörd italyan əsgəri yaralanıb. İtaliya mətbuatının yazdığına görə, atışlı təlimlər zamanı dörd italyan əsgərini daşıyan zirehli maşın başqa bir hərbi maşına quraşdırılmış pulemyotla vurulub: “Dardo zirehli maşını arxa qapısı açıq şəkildə irəliləyən başqa bir oxşar maşına təsadüfən pulemyot atəşi açıb.

ABŞ, Yaponiya və Filippindən Cənubi Çin dənizində birgə təlim

ABŞ, Yaponiya və Filippindən Cənubi Çin dənizində birgə təlim

ABŞ, Yaponiya və Filippin hərbi qüvvələri Cənubi Çin dənizində növbəti birgə dəniz təlimlərinə start veriblər. Primeinfo.az Reuters-ə istinadən xəbər verir ki, təlimlərin məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dəniz təhlükəsizliyinin artırılması və regionda birgə əməliyyat imkanlarının təkmilləşdirilməsidir. Filippin Silahlı Qüvvələrinin yaydığı məlumata görə, təlimlərdə ölkənin “Antonio Luna” freqatı, helikopterlər və döyüş təyyarələri iştirak edir.

Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb

Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) bazar günü bildirib ki, Mərakeşin cənub-qərbində keçirilən çoxmillətli hərbi təlimlərdən sonra iki ABŞ hərbçisi itkin düşüb. Primeinfo.az The Guardian-nın yaydığı məlumata istinadən xəbər verir ki , ABŞ, Mərakeş və “African Lion” təlimində iştirak edən digər ölkələr birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Açıqlamada deyilir: “Hadisə ilə bağlı araşdırma davam edir və axtarışlar hələ də aparılır.” Hadisə təlim zonasında baş verib.

“EFES – 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir – FOTO - VİDEO

“EFES – 2026” təliminin hazırlıq məşqləri uğurla davam edir – FOTO - VİDEO

Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən “EFES – 2026” çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.  Təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər. Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.

İran hərbi təlimlərə başladı

İran hərbi təlimlərə başladı

İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazı, eləcə də Kəngər və Oman körfəzi sularında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Primeinfo.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, iki gün davam edəcək manevrlər bölgədə ABŞ ilə gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir. İran tərəfi təlimlər zamanı canlı atəş açılacağını bildirərək, boğaz üzərindəki hava məkanının uçuşlar üçün təhlükəli olduğunu elan edib.