
Oktyabrın 16-da İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə İran prezidenti Məsud Pezeşkian arasında görüş keçirilib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Nikol Paşinyan görüşə dair görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.
Ermənistan baş nazirinin aparatı danışıqların təfərrüatlarını açıqlamır.
Pezeşkianın mətbuat xidməti isə öz növbəsində bildirib ki, tərəflər İran və Ermənistan arasında ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Qeyd edək ki, İran prezidenti İrəvana COP17 Sammitində iştirak etmək məqsədilə gəlib.
Xatırladaq ki, oktyabrın 16-da İrəvandakı “Meridian” sərgi mərkəzində COP17 Liderlər Sammitinə start verilib. Sammitin açılış mərasimi isə bir gün əvvəl Karen Demirçyan adına İdman-Konsert Kompleksində tutub.







