
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti çərçivəsində NATO baş katibi Mark Rutte ilə görüşüb.
Primeinfo.az xəbər verir ki, görüşdə tərəflər regional təhlükəsizlik, Ermənistan-NATO əməkdaşlığı və onun inkişaf perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Baş nazir Paşinyan tərəfdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini vurğulayıb, müdafiə sektoru və digər potensialların inkişafı istiqamətində atılan addımlara diqqət çəkib.
Həmsöhbətlər beynəlxalq və regional sabitliyə yönəlmiş səylərə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.
Tərəflər dialoq və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.